Çinin Yunnan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə çatıb


Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.


Ölkə mətbuatında yer alan xəbərə görə, Kaotonq şəhərinin Cinxiong rayonunun Liangshui kəndində baş verən sürüşmədən sonra aparılan axtarışlar zamanı daha 3 nəfərin cəsədi tapılıb.

Sürüşmədə ölənlərin sayı 34-ə yüksələrkən, 10 nəfərin hələ də itkin düşdüyü bildirilib.

Kənddə 18 evin torpaq altında qaldığı sürüşmə nəticəsində 34 nəfərin həyatını itirdiyi, 2 nəfərin xilas edildiyi açıqlanıb.

Axtarış-xilasetmə əməkdaşları soyuq, qarlı hava şəraitində itkin düşənlərin tapılması istiqamətində işləri davam etdirirlər.

Yerli ekspertlərdən ibarət komitə apardığı ilkin araşdırma zamanı hadisənin kəndin yamacındakı dağın təpəsində 100 metr enində və 60 metr hündürlüyündə olan torpaq kütləsinin qoparaq aşağı sürüşməsi nəticəsində baş verdiyini müəyyən edib.

Milli mətbuatda yer alan fotoşəkillərdə torpaq kütləsinin dağ yamacındakı terraslardan aşağı sürüşərək kənddəki bəzi evləri bürüdüyü görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu