ABŞ Yəməndə husilərə qarşı 7 hücum həyata keçirdi


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə məxsus partlayıcı yüklü pilotsuz suüstü nəqliyyat vasitələri və gəmi əleyhinə qanadlı raketlərə qarşı 7 hücum təşkil etdiyini açıqlayıb.



ABŞ Mərkəzi Komandanlığının dünən verdiyi açıqlamada, CENTCOM-a bağlı qrupların Qırmızı dənizdə gəmilərə doğru atılmağa hazırlaşan Husilərə aid 4 pilotsuz suüstü vasitəsi və 7 gəmi əleyhinə qanadlı raketə qarşı özünümüdafiə üçün hərəkətə keçdiyi qeyd edilib.

Bəyanatda Husilərin nəzarətində olan ərazilərdə aşkar edilən raketlərin və avtonom suüstü vasitələrinin ABŞ Hərbi Dəniz Qüvvələrini və ticarət gəmilərini təhdid etdiyi ifadə edilərək əlavə edilib: “Bu əməliyyatlar naviqasiya azadlığını qoruyacaq, beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək".

Yəməndə İranın dəstəklədiyi husilər dünən ABŞ və Böyük Britaniyanın ölkənin şimal-qərbindəki Səda şəhərini hədəf aldığını bildiriblər.

Bundan əlavə, husilər ABŞ və Böyük Britaniyanın bir neçə saat ərzində ölkənin qərbindəki Hudeydə şəhərinə iki hava zərbəsi endiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu