ABŞ Yəməndə husilərə məxsus 4 pilotsuz təyyarəni vurub


ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus 4 pilotsuz uçuş aparatına (PUA) qarşı “müdafiə hücumu” həyata keçirdiyini açıqlayıb.


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada ABŞ-ın dünən yerli vaxtla 04.22-23.10 arasında Yəməndə husilərə məxsus 4 İHA-ya qarşı "müdafiə hücumu" həyata keçirdiyi qeyd edilib.

Bu arada Yəməndə husilərin nəzarətində olan bölgələrdən Qırmızı dənizə doğru 4 ədəd gəmi əleyhinə ballistik raketin atıldığı açıqlanıb və ABŞ gəmilərinə heç bir ziyan dəymədiyi bildirilib.

Açıqlamada Yəməndə husilərə aid 3 yeraltı anbara “müdafiə hücumu” həyata keçirdiyi deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu