ABŞ-da magistral yola düşən təyyarə divara çırpılıb və alovlanıb


Cümə günü ABŞ-ın Florida ştatında magistral yola düşən kiçik təyyarənin avtomobilə və divara çırpılaraq alovlandığı anlarının görüntüləri ortaya çıxıb.



Fevralın 9-u Cümə günü ABŞ-ın Ohayo əyalətindən 3-ü sərnişin olmaqla 5 nəfərlə havaya qalxan Bombardier Challenger 600 tipli kiçik təyyarə hər iki mühərriki güc itirdikdən sonra Florida ştatında Intersatate-75 magistral yoluna təcili eniş edib.

Təyyarədə olan 3 nəfər fəlakətdən xilas ola bildiyi halda, 2 nəfər həyatını itirib.

Səlahiyyətlilər təyyarənin Florida ştatının Neapol şəhərinə eniş etməyi planlaşdırdığını bildirsə də, pilot qüllə ilə əlaqə saxlayıb və hər iki mühərrikin gücünü itirdiyini bildirərək təcili eniş tələb edib.

Pilotun uçuş-enmə zolağına enə bilməyəcəyini dediyini bildirən səlahiyyətlilər, qüllə ilə əlaqənin kəsildiyini, daha sonra hava limanı əməkdaşlarının magistral yoldan tüstü qalxdığını gördüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu