Daha bir "Boeing" havaya qalxdıqdan qısa müddət sonra alovlanıb


"Boeing 747" Mayami Beynəlxalq Hava Limanından qalxdıqdan az sonra havada alışıb.


"Daily Mail"in məlumatına görə, təyyarənin mühərriki sıradan çıxıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə "Atlas Air" təyyarəsinin quyruğundan qığılcımlar uçur.

"Flightware" məlumatlarında təyyarənin Mayami hava limanından saat 22:32-də havaya qalxdığı, 22:46-da isə təcili eniş etdiyi bildirilir.

İlkin məlumatlara görə, təyyarə uğurla eniş edib və xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu