İsrail Livanın cənubuna hava zərbələri endirib


İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsinə hava zərbələri endirdiyini açıqlayıb.



Ordu sözçüsü Aviçay Adraee X sosial şəbəkə platformasında verdiyi açıqlamada, İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyyə şəhərinin Ramiye bölgəsini hədəf aldığını bildirib.

Adraee İsrailə qarşı daha əvvəl raket hücumunun həyata keçirildiyi Nəbatiyyə vilayətinin Hasbaya bölgəsində də hərbi bölgəyə hücum olduğunu və dünən Livandan atılan 2 raketin açıq ərazilərə düşdüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu