Braziliyada ciddi rejimli həbsxanadan 2 məhbus qaçıb


Cinayət təşkilatı ilə əlaqəsi olan iki məhbus Braziliyada ciddi rejimli federal həbsxanadan qaçıb.



Rio Grande do Norte əyalətinin Mossoro şəhərindəki həbsxanadan verilən açıqlamada, qaçan məhbusların Rogerio da Silva Mendonça və Deibson Cabral Nascimento olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, ölkədə fəaliyyət göstərən böyük cinayət təşkilatı ilə əlaqəsi olduğu bildirilən iki qaçaq Akkoda qaldıqları həbsxanada baş verən iğtişaşdan sonra 2023-cü ilin sentyabrında Mossoroya köçürülüb.

Ədliyyə naziri Rikardo Levandovski mətbuat konfransında bildirib ki, qaçanların tapılması üçün 300 təhlükəsizlik işçisi ayrılıb.

Levandovski həbsxana müdirinin işdən çıxarıldığını bildirib.

Qaçaqların həbsxanada davam edən təmirdən istifadə edərək qaçmış ola biləcəyinin düşünüldüyünü ifadə edən Levandovski, həbsxanaların nəzarət altında olduğunu və narahatlığa ehtiyac olmadığını bildirib.

Hadisə ilə bağlı istintaq başladıldığını qeyd edən Levandovski, polisin qaçanların həbsxana yaxınlığındakı meşədə gizləndiyini düşündüyünü bildirib.

Bu hadisə Braziliyadakı beş cdddi rejimli federal həbsxanadan birindən ilk qaçış olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu