Hindistanda traktorun gölməçəyə aşması nəticəsində 15 nəfər ölüb


İlkin məlumata görə, Hindistanda traktorun gölməçəyə aşması nəticəsində 8-i uşaq, 7-si qadın olmaqla 15 nəfər ölüb.



Hindustan Times-ın məlumatına görə, Uttar Pradeş ştatında sürücü idarə etdiyi traktoru başqa bir avtomobillə toqquşdurmaqdan yayınaraq, gölməçəyə aşırıb.

İlkin məlumata görə, 8-i uşaq, 7-si qadın olmaqla 15 nəfər tərs çevrilərək gölməçənin palçıqlı suyuna batmış traktorun qoşqusunda həyatını itirib.

Səlahiyyətlilər qəzada yaralananların olduğunu, gölməçədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu