Hindistanda yük maşınının aşması nəticəsində 14 nəfər ölüb


Hindistanın Madhya Pradeş ştatında yük maşınının aşması nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb.



Hindustan Times-ın məlumatına görə, Madhya Pradeş ştatının Dindori rayonunda yük maşını aşıb.

Səlahiyyətlilər 14 nəfərin həyatını itirdiyi, 21 nəfərin yaralandığı qəzanın sürücünün sükan idarəetməsini itirməsi nəticəsində baş verdiyini qeyd edib.

Polis Amhai Devri kəndində proqrama qatılmaq üçün yola çıxan insanları daşıyan avtomobilin yerli vaxtla saat 01.30-da qəzaya uğradığını bildirib.

Madhya Pradeş Baş naziri Mohan Yadav qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib və bu insanlara 5 min dollar təzminat ödəniləcəyini açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu