Meksikada yük maşınının aşması nəticəsində 10 immiqrant ölüb


Meksikanın cənubunda immiqrantları daşıyan yük maşınının aşması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.


Çiapas əyalət rəsmiləri qəzanın Qvatemala sərhədindən 175 kilometr aralıda, Pijijiapan şəhəri yaxınlığındakı magistral yolda baş verdiyini açıqlayıb.

Qeyd edilir ki, ilkin məlumatlara görə, qəza nəticəsində 10 mühacir həyatını itirib, 15 nəfər yaralanıb. Ölənlərin milliyyəti barədə məlumat verilməyib.

"Associated Press" (AP) agentliyinə danışan və əyalət prokurorluğunda işlədiyini bildirən adı açıqlanmayan bir mənbə, ölənlərin yük maşınında avtostop edən Kubalı mühacirlər olduğunu iddia edib.

Hələlik xəsarət alanların neçəsinin mühacir olduğu, sağlamlıq vəziyyəti və milliyyəti ilə bağlı açıqlama verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu