Meksikada immiqrantları daşıyan avtobus aşıb: 18 nəfər ölüb


Meksikanın cənubunda miqrantları daşıyan avtobusun aşması nəticəsində 18 miqrant ölüb, 37 nəfər yaralanıb.


Meksikanın Oaxaka Baş Prokurorluğu immiqrantları daşıyan avtobusun Oaxaca-Kuaknopalan avtomobil yolunun 88-ci kilometrliyində aşdığını açıqlayıb.

Qəzada 3-ü uşaq olmaqla 18 nəfər ölüb, 37 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib, yaralılar xəstəxanalara aparılıb.

Oaxaca Dövlət Mülki Müdafiə Koordinasiyası ölənlərin əksəriyyətinin Venesuelalı mühacirlər olduğunu açıqlayıb.

Oaxaca qubernatoru Salomon Jara verdiyi açıqlamada yaralılara tibbi dəstək verəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu