Keniyada "aclıq kultu"nun lideri məhkəmə qarşısına çıxarılıb


Keniyada "aclıq kultu"nun lideri Pol Makkenzi və 191 uşağın ölümündə qətl törətməkdə ittiham olunan 29 müttəhim Malindi Ali Məhkəməsində hakim qarşısına çıxıb.



Yerli mətbuatda yayılan xəbərlərə görə, vəkilləri Makkenziyə qarşı cinayət işlərinin əsassız olduğunu və bir çox cinayət ittihamlarının tək ittiham sənədində qeyd edildiyini iddia ediblər.

Cinayətlərin nə zaman törədildiyinin bəlli olmadığını iddia edən vəkillər ittihamlara xitam verilməsini istəyiblər.

Prokuror Viktor Mule məhkəmədən Mackenzinin vəkillərinin vəsatətlərinin rədd edilməsini istəyib.

Şübhəlilərə qarşı əllərində kifayət qədər konkret sübutların olduğunu bildirən Mule, müttəhimlərə qarşı irəli sürülən ittihamların ölüm cəzasını tələb etdiyini bildirib.

Malindi Ali Məhkəməsinin qərarını mayın 17-də elan edəcəyi gözlənilir.

Ötən ay sektaya qarşı açılan işdə məhkəmə əvvəllər terror, ehtiyatsızlıqdan adam öldürmə və işgəncə kimi ittihamlar irəli sürdüyü uşaqların ölümü ilə bağlı təriqət liderini və 29 şübhəlini qətldə ittiham edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu