Almaniya Qəzzaya hava yardımı əməliyyatında iştirak edəcək


İordaniyanın Qəzzaya hava yardımı çatdırmaq üçün başlatdığı əməliyyatda Almaniya Hərbi Hava Qüvvələri də iştirak edəcək.



Almaniyanın müdafiə naziri Boris Pistorius Hərbi Hava Qüvvələrinə Qəzzaya hava yardımı çatdırmağı tapşırıb.

Qəzzada insanların ən ibtidai ehtiyaclardan məhrum olduğunu vurğulayan Pistorius, "Onların qida və dərman vasitələrinə çatmalarını təmin etmək üçün üzərimizə düşəni etmək istəyirik. Bu məqsədlə Almaniya Silahlı Qüvvələri hər biri 18 tona qədər yük daşıya bilən iki Herkules nəqliyyat təyyarəsi təmin edəcək. Həqiqət odur ki, hava endirmə prosesi təhlükəsiz deyil. Bu məqsədlə təyin olunmuş qruplar müvafiq prosedurlar üzrə təlim keçmiş və yüksək təcrübəyə malikdir." deyib.

Qeyd edilib ki, Qəzzaya hava yardımının çatdırılması işi Fransanın Evreux şəhərində yerləşən və C-130J Hercules nəqliyyat təyyarələri ilə təchiz edilmiş hava nəqliyyatı donanması tərəfindən yerinə yetiriləcək.

Hava yardımı əməliyyatının gələn həftə sonu başlaya biləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu