Fransada dövlət işçiləri maaş artımı tələbi ilə tətilə başlayıblar


Fransada dövlət işçiləri inflyasiyanın artması və maaşların yetərli olmaması səbəbindən maaşlarının artırılması tələbi ilə bütün ölkə boyu tətil keçiriblər.



Fransada dövlət işçiləri artan inflyasiya fonunda maaşlarının yetərli olmadığına görə, həmkarlar ittifaqlarının rəhbərliyi ilə ölkə daxilində tətilə çıxıblar.

Bir çox peşə qrupları xüsusən də müəllimlər, tibb bacıları və bələdiyyə işçiləri küçələrə axışıb və tələbələr müəllimlərə dəstək olmaq üçün bu gün dərslərə qatılmayıb.

Paytaxt Parisdə Senat yaxınlığında bir araya gələn dövlət işçiləri əllərində “Dövlət xidmətini qoruyun, onun məhvinə son qoyaq” yazılı pankart qaldırıblar.

Qeyd edək ki, Fransada 5,7 milyon dövlət işçisi var. Həmkarlar ittifaqları birgə bəyanatında “Karyera imkanlarını yaxşılaşdırmaq üçün təcili olaraq danışıqlara başlamalı və əmək haqqının yaxşılaşdırılması üçün ümumi tədbirlər görməliyik” deyib və dövlət sektorunda əmək haqqının müəyyən edilməsi istiqamətində istifadə etdiyi indeks balının dəyərinin dərhal 10 faiz artırılmasını tələb edib. .

Fransada mart ayında inflyasiya 3 faiz təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu