İspaniyanın baş naziri Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb


İspaniyanın baş naziri Pedro Sançes yaydan əvvəl Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.


Sançes üç günlük Yaxın Şərq səfərinin ilk dayanacağı olan İordaniyaya gedərkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

İspaniya mətbuatında yer alan xəbərə görə, Sançes aprel-iyun ayları arasında İsrail və HƏMAS arasındakı qarşıdurmalarla bağlı beynəlxalq ictimaiyyətdə mühüm irəliləyişlərin olacağına inandığını ifadə edərək, Fələstinin yaxın həftələrdə Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü kimi tanınmasına yönəlmiş müzakirələrə diqqət yetirilməli olduğunu bildirib.

İrlandiya, Malta və Sloveniyanın baş nazirləri ilə Fələstin dövlətinin tanınması ilə bağlı qəbul edilən ortaq qərarın lazımi şərtlər yerinə yetirildiyi təqdirdə yaydan əvvəl açıqlanacağını ifadə edən Sançez, ölkəsinin Fələstin dövlətinin tanınması qərarını ilk olaraq Nazirlər Kabinetində alacağını, sonra parlamentə təqdim edəcəyini deyib.

Sançes vurğuladı ki, o, İsrail və HƏMAS arasındakı açıq müharibədə bölgədə sülh və təhlükəsizliyi təmin etməyin yeganə yolunun Fələstini tanımaq olduğunu düşünür.

İspaniyanın baş naziri İordaniyadan sonra Səudiyyə Ərəbistanı və Qətərə gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu