Cənubi Koreya sanksiyaları pozmaqda şübhəli bilinən gəmini ələ keçirib


Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) Şimali Koreyaya qarşı sanksiyalarını pozan fəaliyyətlərdə şübhəli bilinən gəmini ələ keçirib.


"Yonhapın xəbərinə görə, Cənubi Koreya rəsmiləri Şimali Koreyadan yola düşən və Rusiyaya doğru hərəkət edən DEYI adlı yük gəmisini ölkənin cənub sahillərindən keçərkən dayanmağa çağırıb. Bayraqsız 3000 tonluq gəmidəki insanlar çağırışı rədd edərək yoluna davam edib. Cənubi Koreya Sahil Mühafizəsi səlahiyyətliləri hərəkətə keçərək Yeosu şəhəri sahillərində gəmini saxlayıb.
Səlahiyyətlilər Pusan ​​limanına gətirilən gəmidə Çin və İndoneziya vətəndaşları da daxil 13 nəfərlik ekipajın olduğunu açıqlayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi gəmi ilə bağlı BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarını pozmaqda şübhəli bilinərək araşdırma aparıldığını açıqlayıb.
XİN rəsmisi məsələ ilə bağlı ABŞ ilə sıx əlaqə saxladıqlarını bildirib.
Ekipaj yük anbarını açmaqdan imtina etdiyi üçün gəminin nə daşıdığı hələlik təsdiqlənməyib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu