NATO-Ukrayna Şurası xarici işlər nazirləri səviyyəsində toplanıb


NATO-Ukrayna Şurasının alyans ölkələrinin xarici işlər nazirləri səviyyəsində iclası keçirilib.


AFN.az xəbər verir ki, iclası NATO-nun baş katibi Yens Stoltenberq açıb. Baş katib bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibə artıq 3-cü ildir ki, davam edir. "Ukraynanın öz azadlığı uğrunda mübarizəsi müttəfiqlər tərəfindən dəstəklənir. Döyüş meydanında vəziyyət ağırdır. Bu, dəstəyimizi azaltmaq deyil, artırmaq üçün bir səbəbdir" - deyə Stoltenberq qeyd edib.

Nazirlərin görüşdə Ukraynanın təcili ehtiyaclarını, o cümlədən NATO-nun Ukraynaya dəstəyini necə gücləndirəcəklərini müzakirə edəcəklərini bildirən Stoltenberq, müttəfiqlərin iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlaşarkən, Ukraynanın yolunu gücləndirmək üçün də çalışacaqlarını deyib. O, Ukraynanın NATO-ya üzvlüklə bağlı fəaliyyətini davam etdirəcəyini vurğulayıb. "Bu, Ukrayna üçün, eləcə də təhlükəsizliyimiz üçün vacibdir", - deyə Stoltenberq qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu