Asiyanın daha iki ölkəsində koronavirus daşıyıcılarının sayı artdı




Hindistan və Malayziyada koronavirusa yoluxanların sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda 16 İtaliya vətəndaşına koronavirus diaqnozu qoyulub. Malayziyada isə daha 14 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, indiyədək Hindistanda 28, Malayziyada isə 50 koronavirusa yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-yə çatıb. Bunların 51 056 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu