İtaliyada koronavirusdan ölənlərin sayı 148 nəfərə çatdı




İtaliyada koronavirusdan ölənlərin, Fransa və İspaniyada isə yoluxanların sayı kəskin artıb.


İtaliyada daha 41 nəfər koronavirusdan ölüb.

Beləliklə, Cənubi Avropa ölkəsində koronavirusdan ölənlərin sayı 148-ə çatıb. Ölkədə koronavirus daşıyıcılarının sayı 3 800 nəfərdən çoxdur.

Bundan başqa, Fransada daha 138, İspaniyada isə daha 47 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı Fransada 423-ə, İspaniyada isə 329-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 851-ə çatıb. Bunların 55 807 nəfəri sağalıb, 3 390 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu