Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu




Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.

“Report” “Haber7”yə istinadən bildirir ki, bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu