Gürcüstanda sabahdan tibbi maska istehsal olunacaq




Gürcüstanda sabah tibbi maska istehsalına başlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, proqrama 10-na yaxın tikiş müəssisəsi cəlb edilib və bir neçə şirkət də tələb olunan xammalı tədarük edib: “İlk partiyanın istehsalı üçün kifayət qədər xammalımız var. Dövlət tibbi maska ehtiyatı yaratmaq üçün bu tibbi ləvazimatların bir hissəsini tədarük edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu