Dünya Bankı: Koronavirusla bağlı Azərbaycana yardım ayırmağa hazırıq




“Dünya Bankı (WB) koronavirusun (COVID 19) yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycana kredit ayırmağa hazırdır”.

Bunu Bankın Bakı ofisindən bildiriblər.

WB-dən bildirilib ki, Bank həmçinin öz təcrübə, bilik və bacarıqlarını da texniki yardım formasında Azərbaycanla bölüşə bilər: “Əgər Azərbaycan tərəfi müraciət edərsə, biz ona yardım ayıra bilərik. Məsələnin həssaslığını nəzərə alaraq ayrılan kreditin Direktorlar Şurasına çıxmadan region üzrə cavabdeh vitse-prezidentin imzası ilə tezləşməsinə nail olmaq mümkündür”.

Qeyd edək ki, Dünya Bankının Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti vəzifəsini Siril Müller (Cyril Muller) icra edir.

Xatırladaq ki, WB koronavirusla əlaqədar olaraq, 14 milyard ABŞ dolları dəyərində maliyyə fondu ayırıb. Məlumata görə, bununla da Dünya Bankının törəmə təşkilatı - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl şirkətlərə və onların işçilərinə dəstək olmaq üçün ümumilikdə 8 milyard ABŞ dolları məbləğində maliyyəyə sahib olub.//report.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu