Ermənistanda oğul anasını balta ilə doğrayıb yandırdı




Ermənistanın Lori vilayətində oğul balta ilə anasını doğrayıb, sonra da yandırıb.



“Report” xəbır verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Müstəntiqlər bildiriblər ki, hadisə iyulun 19-da Vanadzor şəhərinin “Nersisyan” məhəlləsində baş verib.

58 yaşlı Kamo P. anasını öldürdükdən sonra onu balta və bıçaqla doğrayıb. Meyiti polietilen torbaya qoyaraq zibil çənində yandırıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs saxlanılıb.

Hadisənin səbəbi barədə məlumat yayılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu