KİV: Baş nazir koronavirusdan ölüb


Esvatininin (keçmiş Svazilend) baş naziri Ambrous Dlamini 52 yaşında qəfil dünyasını dəyişib.



“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu bu gün səhər krallığın hökuməti açıqlayıb.

Məlumata görə, baş nazirə 2 həftə öncə baş nazirə koronavirus diaqnozu qoyulmuşdu.

A.Dlamininin koronavirusdan öldüyü güman edilsə də, bununla bağlı rəsmi açıqlama olmayıb.

Qeyd edək ki, Esvatini krallığında indiyədək 6 786 yoluxma faktı qeydə alınıb. Onlardan 6 379 nəfər sağalsa da, 127 nəfər ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu