“Əfruz Mətanəti xilas etmək istəyərkən yıxılıb” – Ailəsindən AÇIQLAMA(YENİLƏNİB)


Dünən birgə intihar etdikləri deyilən iki şagirdən biri-Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.



AFN-in xəbərinə görə, “Qafqazinfo”nun əməkdaşları bu gün Ə.Səmədovanın ailəsinin Qobu qəsəbəsində yerləşən evində olublar.

Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər.

Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb. O deyib ki, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından Əfruz da onun arxasınca yıxılıb.

Əfruz evin yeganə övladı olub, onun nə qardaşı, nə bacısı var.

Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

PaylaşFacebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket Emailə yolla

***

Xəbər verdiyimiz kimi, dünən Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Səmədova Əfruz Rafiq qızı və 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar.


AFN-in xəbərinə görə, hadisə ilə bağlı unikal.org-a açıqlama verən Ə.Səmədovanın ailə üzvləri bildiriblər ki, məktəblilərin hansı səbəbdən intihar etməsi məlum deyil. Onlar belə addım atacaqları ilə bağlı sinif yoldaşlarına heç nə deməyiblər. Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər. Əfruz ailənin yeganə övladı olub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi hüquq muhafizə orqanları tərəfindən araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu