Metro və avtobuslar şənbə-bazar günləri işləməyəcək - RƏSMİ


Həftəsonları ictimai nəqliyyat üçün nəzərdə tutulan məhdudiyyət yenə də qüvvədə olacaq.



Bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, şənbə və bazar günləri üçün avtobuslar işləməyəcək: “Mayın 31-dən sonra açılacaq metro da həftəsonları fəaliyyət göstərməyəcək. Yəni həm avtobus, həm də metro həftənin I-V günləri işləyəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu