Hakimlər də cərimə ödəsin - ekspertdən təklif


Vəsatətləri əsassız sayılan vəkillərin 500 manat cərimə ödəməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklifi ciddi müzakirə doğurub.


AFN xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev çıxardığı qərarlar qanunsuz sayılaraq yuxarı instansiya tərəfindən ləğv edilən hakimlərin də cərimə ödəməsi təklifini verib: "Bir halda ki, vəkillərin əsassız sayılan vəsatətləri üçün 500 manat cərimə kəsiləcək, hakimlər üçün də belə bir cərimə mexanizmi tətbiq edilsin: Ali məhkəmənin qanunsuz saydığı hər işə görə aşağı məhkəmə instansiyalarının hakimləri 5000 manat, Avropa Məhkəməsinin qanunsuz saydığı hər işə görə isə aşağıdan yuxarıya bütün hakim heyətinin üzvlərinin hər biri 10 000 manat cərimə ödəsin.
Sonra da özləri ödədikləri cərimələrdən maaşlarını artırmaq üçün yararlansınlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu