Xəstəxanadan Rafael Cəbrayılovun ölümü ilə bağlı açıqlama


“Yeni Klinika” koronavirusdan vəfat edən sabiq deputat Rafael Cəbrayılovla bağlı məlumat yayıb.


Klinikadan AFN-ə daxil olan məlumatda bildirilir ki, Rafael Cəbrayılov 60 saturasiya ilə xəstəxanaya daxil olub:

“Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, R. Cəbrayılov 62 yaşında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, o, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə ittiham edilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu