"AMEA-nın digər qapısı da var, işçilər oradan çıxıb gedirlər” - AzTV-yə cavab


Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Televiziyasının (AzTV) qurumun fəaliyyəti barədə hazırladığı tənqidi süjetə münasibət bildirib.



AFN xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Oxu.Az-a bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər:


“Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. “Mən 15 dəqiqədir
buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elmi ocağıdır və iş qrafiki fərqlidir”.

O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir:

“Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu