Tanınmış baş həkim vəfat etdi - FOTO


Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Allahverdi Quliyev vəfat edib.



O, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Quliyev Allahverdi İbrahimxəlil oğlu 1954-cü il tarixində Qazax rayonun Kosalar kəndində anadan olub. O, 2021-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsində çalışırdı.

A.Quliyev 1982-1986-ci illərdə Qazax RMX-da həkim-uroloq işləyib. 1986-2000-ci illərdə Qazax RMX-da həkim-travmatoloq vəzifəsində çalışıb. 2000-ci ildən 2012-ci ilə qədər Qazax RMX-nin Travmatalogiya şöbəsinin şöbə müdiri kimi fəaliyyət göstərib. 2012-ci ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsini baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.//İqtisadiyyat.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu