Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI


Artıq 2023-cü ilin bitməsinə və təzə ilin gəlməsinə sayılı günlər qalıb. Kimi yeni ili öz evində, kimi xarici səyahətdə, kimi də elə ölkə daxilində yerli turist kimi qarşılamağa hazırlaşır. Yeni illə əlaqədar olaraq qarşıdan gələn tətil günləri üçün insanlar daxili və xarici tur təkliflərini nəzərdən keçirməyə başlayırlar. İstirahət planlarını cızaraq çamadanlarını yığmağa hazırlaşanlar isə yeni tur qiymətlərindən yəqin ki, xəbərsizdirlər.


Çünki turizm məsələləri üzrə ekspert Əziz Şiriyev açıqlamasında ötən illə müqayisədə bu ilin qiymətlərində müəyyən qədər artımın müşahidə olunduğunu deyib.

O, qiymətlərin bazar iqtisadiyyatına uyğun tənzimləndiyini söyləyib: "Yeni il öncəsi Şahdağ hoteldə 2-3 günlük 2 nəfərlik qiymət 1560 manatdır. 5 ulduzlu hotellərdə 2 nəfərlik üçün 2 gecəlik qiymətlər 1000 manatın üzərində olacaq. Buraya müxtəlif bölgələrdə yerləşən 5 ulduzlu hotellər də daxildir. Məsələn, "Qalaaltı hotel", Şahdağdakı hotellər, "Lənkəran Springs Welness Resort", Basqal və s".

Ekspert vətəndaşlara turizm şirkətlərinin təklif etdiyi turlara qoşulmağı daha səmərəli hesab edib. O deyir ki, vətəndaşlar turizm şirkətlərinin təklif etdiyi turlara qoşulduqda onlar nə yanacaq sərf edəcək, nə də avtomobil idarə etmək məcburiyyətində qalacaqlar:

"Turlar əsasən Şahdağ və Tufandağ istiqamətində təşkil ediləcək. Qiymətlər də münasibdir. Məsələn, Şahdağa 1 günlük turun qiyməti 23 manatdan başlayır. Tur paketə nəqliyyat xidməti, tur rəhbəri, səhər yeməyi, çay süfrəsi, musiqi, əyləncə və ekskursiya daxildir. 2 günlük turların qiyməti isə 69 manatdan başlayır. Bu məbləğin üzərinə 15-20 manatda əlavə etməklə gün ərzində 4 dəfə qidalanmaq və eləcə də xidmətlərdən yararlanmaq olar".

Ə.Şiriyev həmçinin xarici tur paketlərindən də danışıb. O, Misir və Ərəb ölkələrində qiymətlərin daha əlverişli olduğunu vurğulayıb: "Hazırda Misirə qiymətlər çox əlverişlidir. Bundan başqa əksəriyyət Ərəb ölkələrinə daha çox üstünlük verir. Çünki orada qiymətlər münasibdir. Məsələn, 200-300 dollara həm təyyarə bileti almaq, həm hoteldə qalmaq, həm də qidalanma xərclərini qarşılamaq olar". (İqtisadiyyat.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu