Aydın Mirzəzadəyə bir neçə dəfə səs verən şəxs belə ifşa olundu - VİDEO




47 Saylı Mingəçevir Seçki Dairəsinin 9 Saylı Məntəqəsində daha bir özbaşınalıq ifşa olunub.



Belə ki, 9 saylı məntəqənin ərazisinə aid olmayan şəxs rahat şəkildə bülleten götürərək Aydın Mirzəzadəyə səs verməyə cəhd edib. Media nümayəndələrinin müdaxiləsi nəticəsində bülleten qutuya atılmayıb. Daha sonra "karusel" içtirakçısının vəsiqəsindən bəlli olub ki, əslində başqa ünvanda qeydiyyatdadır. Bundan sonra baş verənlər isə daha böyük biabırçılığı ortaya qoymuş olur. Belə ki, Mingəçevir Şəhər YAP təşkilatının sədri Cavanşir Yusibov məntəqəyə gələrək öz "karuselçisinin" müdafiəsinə qalxıb, media nümayəndələrini, məntəqə sədri və üzvlərini danlamağa başlayıb. Bu hadisəyə ölkədə baş verən proseslərin fonunda izah vermək olduqca qəlizdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu