Azərbaycanda koronavirusun sürətlə yayıldığı kənddə son vəziyyət - VİDEO




Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb. Kəndin 31 sakini koronavirusa yoluxub. Son sutka ərzində daha 7 nəfərin bu virusa yoluxduğu bildirilir. Virus bu kəndə necə yayılıb?



AFN Xəzər TV-yə istinadla xəbər verir ki, kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının, həmçinin rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

İnsanların çox toplaşdığı yerlər, eləcə də bəzi evlər və həyətlər dezinfeksiya olunur.

Kənd icra nümayəndəliyindən verilən məlumata görə, yoluxanların əksəriyyəti qadınlardır. Virusun yas mərasimindən yayıldığı güman edilir.

Xəstələrin sayının artacağı istisna olunmur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu