DİN-dən Mehdiyevin nəvəsinin toy məsələsi ilə bağlı daha bir açıqlama: "Araşdırılır"




Daxili İşlər Nazirliyi Ramiz Mehdiyevin nəvəsinin toyuna münasibət bildirib.



DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki "Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayıldı.

Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

O ki qaldı sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsinə, bu məsələ də hazırda araşdırılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, sabiq deputat İlham Əliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkənidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu