AMADA-dan koronavirus peyvəndi ilə bağlı açıqlama


Koronavirus peyvəndi Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən diqqətdə saxlanılır.



"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan onlayn mətbuat konfransında bildirib.

AMADA rəsmisi deyib ki, vaksinin tərkibi açıqlanandan sonra onda istifadəsi qadağan edilmiş maddələrin olub-olmadığı üzə çıxacaq: "Bundan sonra WADA öz tövsiyələrini verəcək. Burada əsas məsələ idmançının sağlamlığıdır. AMADA da WADA-nın prinsipini əsas tutacaq və qurumun göstərişlərinə əməl edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu