Cəlilabadda yük maşını aşdı - Ölən və yaralanan var


Cəlilabad rayonunda ağır yol qəzası baş verib.


Hadisə rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.

Yardımlı rayonu Zevin kənd sakini - 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ 69" markalı yük avtomobilini yolun kənarına aşırıb.

Qəzada sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin - 1990-cı il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu