Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB


Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində ölənlərin sayı 2-yə çatıb.


Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində baş vermiş qəzada ağır bədən xəsarətləri alan sərnişin, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü İbrahimov Nazim Zülfəli oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sürücü Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Musatafayev Bəhruz Vaqif oğlu hadisə yerində ölüb.

Hər iki şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Bakı-Quba yolunda yük maşını aşıb, ölən və yaralanan var.


"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Mustafayev Bəhruz Vaqif oğlunun idarə etdiyi yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində ölüb.

Sərnişin İbrahimov Nazim Zülfəli oğlu müxtəlifdərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu