Siyəzəndə ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb


Siyəzən rayonunda ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb.


DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2006-cı il təvəllüdlü Abbasov Nihad Babək oğlu və digər iki nəfər şəxs dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu və 2006-ci il təvəllüdlü Abbasov Rəvan Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

N.Abbasovun və digər iki şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu