Silahla oynayan 21 yaşlı yeniyetmə anasını öldürdü


Türkiyədə 21 yaşlı gənc ehtiyatsızlıqla tapançadan atəş açaraq anasını öldürüb.


Hadisə Şanlıurfanın Siverek rayonunda baş verib. Tapança ilə oynayan zaman anasını vuran gənc hadisə yerindən qaçıb. Ayvanat məhəlləsindəki evində silahla oynayan 21 yaşlı S.A. ehtiyatsızlıqdan anası 43 yaşlı Aysel Ayı başından vurub.

Ağır yaralanan qadını aparıldığı Siverek Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Polis qaçan S.A-nın tapılması üçün axtarışlara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu