Kanadada 19 yaşlı gənc 5-i eyni ailədən olan 6 nəfəri öldürüb


Kanadada 19 yaşlı Şri-Lankalı gəncin 5-i eyni Şri Lankalı ailədən olan 6 nəfəri öldürdüyü bildirilib.



Kanada polisinin rəsmisi Erik Stubbs paytaxt Ottavada baş verən qətllə bağlı açıqlama verib.

Stubbs 19 yaşlı Şri-Lankalının kəskin silahla 6 nəfəri öldürdüyünü və hadisənin Ottava tarixinin ən dəhşətli cinayəti olduğunu bildirib.

Kanadada tələbə olduğu güman edilən təcavüzkarın tutulduğunu qeyd edən Stubbs, təcavüzkarın birinci dərəcəli qətl və adam öldürməyə cəhdlə ittiham edildiyini bildirib.

Polis rəsmisi bildirib ki, hücum edən 35 yaşlı Şri-Lankalı qadını və onun 2 aylıq körpəsi də daxil olmaqla 4 uşağını və hadisə zamanı evdə olan bir şəxsi də öldürüb.

BBC hücum edənin qurbanlarla eyni evdə yaşadığını bildirib.

Kanadanın baş naziri Castin Trudeau məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada hadisənin ağılasığmaz olduğunu qeyd edərək, "Açığını deyim ki, bu qorxunc şiddət qarşısında hamımızın ilk reaksiyası şok və dəhşət oldu" sözlərini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu