ABŞ-da fələstinli ailəyə bıçaqlı hücum: 1 uşaq ölüb


ABŞ-ın Çikaqo şəhərində bir şəxs 6 yaşlı uşağı öldürüb, anasını isə yaralayıb.


Rəsmi açıqlamada, hücum edən 71 yaşlı Cozef M.Çubanın motivasiyasının "uşağın və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi" olduğu iddia edilib.

Bildirilib ki, ev sahibinin ona bıçaqla hücum etdiyini deyən qadının zəngi üzərinə polis hərəkətə keçib və hadisə yerinə gələndə Çubanı evin qarşısında oturmuş vəziyyətdə görüblər.

Evə daxil olan polis əməkdaşları 32 yaşlı qadını və onun 6 yaşlı uşağını ağır bıçaq xəsarətləri ilə aşkar ediblər.

26 bıçaq zərbəsi alan uşağın xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyi, xəstəxanaya yerləşdirilən anasının isə vəziyyətinin ağır olduğu açıqlanıb.

Czuba birinci dərəcəli qətl, birinci dərəcəli adam öldürməyə cəhd, iki nifrət cinayəti ilə ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu