Baydendən ABŞ-da fələstinli uşağın öldürülməsinə sərt reaksiya: Səssiz qalmayacağam


ABŞ prezidenti Co Bayden 6 yaşlı müsəlman uşağın öldürülməsi və anasının yaralanması xəbərindən sarsıldığını deyib.


O, “Nifrət qarşısında səssiz qalmayacağam” - deyə məsələyə münasibətinin kəskin olduğunu açıqlayıb.

Bayden ABŞ-ın İllinoys ştatında müsəlman olduğu üçün öldürülən uşaqla bağlı xüsusi açıqlama verib.

Uşağın ailəsinin Amerikaya hər kəsin axtardığı yaşayış sahəsi, dinc öyrənmək və ibadət etmək üçün gəldiyini qeyd edən ABŞ prezidenti bildirib ki, bu cür dəhşətli nifrətə Amerikada yer yoxdur: "Bu, bizim əsas dəyərlərimizə ziddir".

Bayden vurğulayıb ki, amerikalılar bir araya gələrək islamafobiyaya və hər cür nifrətə qarşı olmalıdırlar.

Müsəlman uşağın öldürülməsindən həyat yoldaşı ilə birlikdə şoka düşdüklərini ifadə edən prezident bu nifrətin qarşısında səssiz qalmayacağını qeyd edib.

Ağ Evdən hər kəsin öldürülən 6 yaşlı uşağın ailəsinə başsağlığı verdiklərini, yaralanan anasına isə tezliklə şəfa dilədiyini bildirən Bayden, bütün Fələstin, ərəb və müsəlman Amerika ictimaiyyətinə başsağlığı verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu