Bakıda zəncirvari qəza: avtobus ona yaxın maşını əzdi, yaralılar var-FOTOLAR


Bakıda zəncirvari qəza baş verib.


AFN.az xəbər verir ki, hadisə Yeni Yasamal, Əsəd Əhmədov küçəsində, "Bravo" marketin qarşısında baş verib. “Faiqoğlu” MMC-nin istismarında olan 114 saylı marşrut xətti üzrə işləyən avtobus əyləcinin saxlamaması səbəbindən təxminən 10-a yaxın avtomobili əzib. Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, xeyli sayda yaralı var. Yaralıların bəzisi təcili tibbi yardımla xəstəxanaya aparılıb, digərlərinə hadisə yerində tibbi yardım göstərilib.
Maraqlıdır ki, həmin ərazi 114 saylı marşrutun yolu deyil. "Görünür avtobus sürücüsü iş saatından sonra idarə etdiyi avtomobillə ya evinə, ya depoya gedirmiş. Yuxarıdan enəndə əyləci tutmadı, maşınların üzərinə yeridi" - deyə hadisə şahidləri bildiriblər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu