Yelləncəkdə ilişib qalan balaca uşağın köməyinə xilasedicilər gəlib


Türkiyədə parkda mindiyi yelləncəkdə ilişib qalan balaca uşağın imdadına xilasedicilər yetişib.


AFN.az xəbər verir ki, hadisə Kütahyada baş verib. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə gələn qruplar uşağı sıxışdığı yerdən xilas edib.

30 Avqust məhəlləsindəki parkda oynayan qız uşağı oturduğu yelləncəkdə sıxışıb qalıb. Oturduğu bölmənin darlığından yelləncəkdə ilişən uşaq çətin anlar yaşayıb. Özü yelləncəkdən çıxa bilməyən uşaq ətrafdakılardan kömək istəyib. Bu arada vətəndaşlar vəziyyəti xilasedicilərə xəbər veriblər.

Əraziyə gələn xilasedicilər yelləncəyin kənarını kəsərək uşağı ilişdiyi yerdən çıxarıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu