Harold qasırğası ABŞ-ın Texas ştatındakı Padre adasına çatıb


“Harold” tropik qasırğası ABŞ-ın Texas ştatının Padre adasını vurub. "Hilari" qasırğası Kaliforniya və Nevada ştatlarına təsir etdikdən sonra onun növbəti ünvanı Texas olub.


"CBC News"un xəbərinə görə, ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada "Harold" qasırğasının səhər saatlarında Padre adasına çatdığı qeyd edilib.

Açıqlamada qasırğanın gecə saatlarında Meksika körfəzindən Texasa doğru hərəkət etdiyi bildirilib.

Rəsmi açıqlamalarda qasırğanın yaratdığı neqativlərə qarşı ayıq-sayıq olmağa çağırılıb və küləyin sürətinin saatda təxminən 80 kilometrə çata biləcəyi haqda xəbərdarlıq edilib.

Açıqlamada Harold qasırğasının şiddətli yağış və güclü küləklə Texasın cənubunda və ölkənin daxili bölgələrində təsirini davam etdirəcəyinə diqqət çəkilib.

Texas qubernatoru Greg Abbott, qasırğa tədbirlərinin bir hissəsi olaraq Texas milli qvardiyasının və sürətli su xilasetmə gəmisinin ekipajlarının yerləşdirildiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu