Cəlilabadda 6 günlük körpə öldü


Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb.



Bu barədə AFN.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.

Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu