Qvatemalada güclü yağışlar 6 nəfərin ölümünə səbəb oldu


Qvatemalada güclü yağışlardan sonra baş verən daşqın nəticəsində 6 nəfər öl, 12 nəfər itkin düşüb.


Qvatemala Fəlakətlərin Azaldılması Milli Koordinasiyasının (CONRED) verdiyi açıqlamada seldə 1-i uşaq olmaqla 6 nəfərin öldüyü, aralarında uşaqların da olduğu 12 nəfərin itkin düşdüyü bildirilib.

Mətbuat konfransında danışan Qvatemala rəsmiləri bölgədəki bəzi evlərin daşqından təsirləndiyini ifadə edərək, daha əvvəl də daşqın təhlükəsi ilə bağlı ictimaiyyətə xəbərdarlıq edildiyi məlumatını paylaşıblar.

Yanğınsöndürənlər itkin düşənlərin axtarış-xilasetmə işlərinə başlanılacağını qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu