Meksikada hərbi helikopterin okeana düşməsi nəticəsində 3 nəfər ölüb


Meksika donanmasının helikopterinin okeana düşməsi nəticəsində baş verən qəzada 3 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.



Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada hərbi helikopterin Lazaro Kardenas limanı yaxınlığında okean patrul gəmisinin göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra Sakit Okeana düşdüyü bildirilib.

Açıqlamada limandan təqribən 370 kilometr aralıda okeana düşən helikopterdəki 8 donanma personalından 3-nün öldüyü, 2-nin itkin düşdüyü, xilas edilən 3 nəfərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin stabil olduğu bildirilib.

İtkin düşənlərin axtarışları davam edərkən, qəza ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu