Şri-Lankada daşqın: 6 nəfər öldü


Bir həftədir leysan yağışların davam etdiyi Şri-Lankada avtobusun üzərinə ağacın aşması nəticəsində 5 nəfər, evinin üzərinə daş aşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.


Paytaxt Kolombodakı Milli Xəstəxananın sözçüsü həkim Rukşan Bellana şiddətli yağış zamanı ağacın park edilmiş avtobusun üzərinə aşdığını, 5 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.

Fəlakət İdarəetmə Mərkəzindən verilən açıqlamada Kolombodan 130 kilometr cənubda Galle bölgəsində torpaq sürüşməsi nəticəsində bir nəfərin evinin üstünə qayanın düşməsi nəticəsində öldüyü bildirilib.

Ölkə ərazisində bir həftədir davam edən leysan yağışları bir çox rayonlarda sel və torpaq sürüşməsinə səbəb olub. 12 bölgədə yüzlərlə evin dağıldığı təbii fəlakətdən zərər çəkən 50 mindən çox insan müvəqqəti sığınacaqlara köçürülüb.

Güclü yağışlardan ən çox zərər çəkən sahil bölgəsi Matarada daşqın və sürüşmə təhlükəsi səbəbindən təhsil dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu