Las-Veqasda universitetə silahlı hücum: 3 nəfər həlak olub


Las-Veqas ştatının Nevada Universitetinin kampusunda baş verən atışma nəticəsində azı 3 nəfər həlak olub.


Bu barədə CNN məlumat yayıb.

Daha bir zərərçəkən isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun 67 yaşlı müəllim olduğu bildirilir.

Polis atəş açan şəxsin cəsədini tapdıqlarını bildirib. Onun universitet mühafizəsi tərəfindən öldürüldüyü, yoxsa intihar etdiyi məlum deyil. Ehtimallara görə, cinayəti törədən şəxs tələbələr üçün keçirilən əyləncə tədbirində kütləvi atışma törətməyi planlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu